Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Bakıda Xocalı rayonundan olan şəhid ailələri və qazilərlə görüş keçirilib

0

  •       Xocalı rayonunda Azərbaycanın ərazi bütövlüyü
    uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının
    ailələri, eləcə də döyüşlər zamanı yaralanan qazilər daim diqqət və qayğı ilə
    əhatə olunublar.

        Bu mənada Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun tapşırığına əsasən, iyul ayının 21-də Bakı şəhərində Xocalı rayon İcra Hakimiyyəti başçısının
    müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə
    Qarayeva, Xocalı şəhər 2 nömrəli uşaq musiqi məktəbinin və Xocalı şəhər 2 saylı tam orta məktəbinin bir qrup pedaqoji kollektivi və şagirdləri, Vətən müharibəsi
    şəhidlərinin ailə üzvləri ilə birlikdə şəhidlərimizin məzarlarını ziyarət ediblər.

           Vətən
    müharibəsi şəhidləri - II Fəxri Xiyabanda dəfn edilmiş Azərbaycan Ordusunun
    leytenantı Cavadov Namiq Rəhbər oğlunun, Binə Şəhidlər Xiyabanında dəfn olunmuş
    Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu
    Abdullayev Tural Şakir oğlunun, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
    hərbi qulluqçusu Əhmədov Nicat Həsən oğlunun məzarları tədbir iştirakçıları
    tərəfindən ziyarət edilərək şəhidlərimizin məzarları önünə dərin ehtiram əlaməti olaraq gül
    dəstələri düzülüb, ruhlarına fatihə oxunub.

          Daha
    sonra tədbir iştirakçıları Vətən müharibəsinin qaziləri - Müzəffərli Həsən Ələddin oğlu, Nəcəfov
    Elvin Sahib oğlu, Süleymanov Hikmət Rafiq oğlu ilə evlərində görüş keçirərək onlara mənəvi dəstək göstərib, müalicələri ilə maraqlanıblar.

         
    Görüşlərdə çıxış edən Lamiyə Qarayeva və digər natiqlər qəhrəman Vətən
    oğullarının şərəfli döyüş yolundan söz açıblar. Bildirilib ki, Vətən
    müharibəsinin qazalınan Şanlı qələbədən sonra xalqımızın başı ucadır. İndi
    qalib xalq kimi qürurla yaşayırıq. Öz canlarını, torpaqlarımızın bütövlüyü
    uğrunda fəda edən Vətən oğullarını xalqımızın daim yaddaşındadır. Onların ailə
    üzvləri diqqət və qayğı ilə yanaşmaq hər birimizin borcudur. Xocalı rayonunda
    şəhid ailələri, qazilər, veteran döyüşçülər hər zaman diqqətdədir, onların
    qarşılaşdıqları problemlərin həlli istiqamətində bütün köməkliklər edilir.

          Şəhid
    ailələri və qazilər göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham
    Əliyevə və Birinci vitse–prezident Mehriban Əliyevaya təşəkkürlərini
    bildiriblər.

     
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib55 dəfə
    Bakıda Xocalı rayonundan olan şəhid ailələri qazilərlə görüş keçirilib

    Maraqlı gələ bilər
    51
    0
    20
    87
    50